Saytımızı qiymətləndirin


 
 

İsveçdən müqəddəs Qurana qarşı növbəti TƏXRİBAT
Tarix: 28-06-2023 | Saat: 18:31
Bölmə:Karusel / Region | çapa göndər

İsveçdən müqəddəs Qurana qarşı növbəti TƏXRİBAT

 

İsveçin baş naziri Ulf Kristersson Qurban bayramında müqəddəs Quran kitabının yandırılması ilə müşayiət olunacaq aksiyanın keçirilməsini tamamilə qanuni hesab edir.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə o, İsveçin "Aftonbladet" nəşrinə müsahibəsində bildirib.

 

Buna baxmayaraq o, bu cür hərəkətlərin “yersiz” olduğunu vurğulayıb.

 

“Mən başa düşürəm ki, bunlar məqsədyönlü təxribatlardır. Bunun qanuni olması məncə bunun məqsədəuyğun olduğu anlamına gəlmir", - Kristersson bildirib.

 

İsveç hökuməti başçısının sözlərinə görə, polisin küçə aksiyalarını əlaqələndirmək üçün müstəsna səlahiyyətləri var, ölkə hakimiyyətinin bu prosesə müdaxilə etmək imkanı yoxdur. Ulf Kristersson Quranı yandırmaq istəyənləri bu barədə düşünməyə çağırıb, çünki onların davranışı müsəlmanları incidə bilər.

 

Aprelin əvvəlində İsveç İnzibati Məhkəməsi hökumətin Quranın yandırıldığı nümayişlərə qoyduğu qadağanı ləğv edib. Məhkəmə qərarında toplaşma və nümayiş azadlığının konstitusiya ilə qorunan hüquqlar olduğunu qeyd edib.

 

Stokholmda Quranın yandırılması ilə bağlı aksiya yanvarın sonunda keçirilib. Bundan sonra Türkiyə İsveçin NATO-ya daxil olmasına razılıq verməyəcəyini açıqlayıb.



Xəbəri paylaş

1203 dəfə oxunub.

Digər xəbərlər
10-05-2022, 10:48 Moskvada xəstəxana yandı