Saytımızı qiymətləndirin


 
 

“57 minlik Qaxda da, 111 minlik Saatlıda da 7 min pensiyaçı var” –Bölgələrdə "qocalma" fərqlidir" /EKSPERT ŞƏRHİ
Tarix: 19-06-2023 | Saat: 12:51
Bölmə:Karusel / Sosial | çapa göndər

“Azərbaycanın bölgələrində “demoqrafik qocalma”nın miqyası çox fərqlidir”.
Qarabaginfo.az bildirir ki, bu sözləri iqtisadçı-ekspert Rövşən Ağayev demoqrafik statistika ilə bağlı vəziyyəti şərh edərkən bildirib.
Onun sözlərinə görə, pensiya yaşından yuxarı əhalinin ümumi əhaliyə nisbəti Yardımlıda 6,5%, Saatlı və Cəlilabadda 7%, Biləsuvarda 7,5% təşkil edir. Bu göstərici Qazax, Qax, Gədəbəy, Zaqatala kimi rayonlarda 11-11,5% təşkil edir.
“İki qrup bölgə arasında fərq 50% ətrafındadır. Rəqəmlər üzərindən baxdıqda, 57 min nəfərlik Qaxda 7 min, 111 min nəfərlik Saatlıda isə 7,8 min pensiya yaşından yuxarı əhali var”-deyə ekspert vurğulayıb.
R.Ağayevin sözlərinə görə, gerçək rəqəmlər üzərindən bölgələrin sağlamlıq və orta yaş xəritəsinin hazırlanması son dərəcə vacibdir: “Ölkədə bölgələrlə bağlı ən vacib və sadə məlumatları belə tapmaq mümkün deyil. Hətta əhalinin sayını belə dəqiq bilmək üçün min cür dolayı üsullara əl atmağa məcbur qalırıq. Məsələn, şagird  sayı gilzədilməsi mükün olmayan statistika olmadığı üçün əhalinin 10 000 nəfərinə düşən sayı ilə daxili miqrasiyanın təxmini miqyasını hesablamağa çalışırıq”-deyə ekspert qeyd edib.(Azpostinfo.az)


Xəbəri paylaş

1142 dəfə oxunub.

Digər xəbərlər