Saytımızı qiymətləndirin


 
 

Sərnişini bıçaqlayan “Prius“ sürücüsü tutuldu 
Tarix: 18-11-2022 | Saat: 11:00
Bölmə:Karusel | çapa göndər

Sərnişini bıçaqlayan “Prius“ sürücüsü tutuldu 

 


Bakı-Sumqayıt şosesində sürücünün sərnişinə xəsarət yetirməsi ilə nəticələnən görüntülər araşdırılıb. 

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.

DİN rəsmisinin sözlərinə görə, əməli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Tural Rəhimov polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb:

"İlkin araşdırmalarla Tural Rəhimovun 1988-ci il təvəllüdlü Ə.Vəliyevi şəxsi münasibətlər zəmnində bıçaqla xəsarət yetirdiyi məlum olub. Xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün müvafiq ekspertiza təyin olunub. Araşdırmalar davam etdirilir". 



Xəbəri paylaş

172 dəfə oxunub.

Digər xəbərlər