Saytımızı qiymətləndirin


 
 

Raket və artilleriya bölmələri atəş Raket və artilleriya bölmələri atəş açdı - VİDEO- VİDEO
Tarix: 19-06-2023 | Saat: 12:29
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Raket və artilleriya bölmələri atəş açdı - VİDEO

 

2023-cü ilin hazırlıq planına uyğun olaraq, Raket və Artilleriya Qoşunlarının bölmələrində atəş tapşırıqları icra edilib.

 

Daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan bölmələr atəş mövqelərinin tutulması, qurğuların döyüş tətbiqinə hazırlanması və icrası üzrə tapşırıqları yerinə yetiriblər.

 

Bu barədə Qarabaginfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Təlimdə bölmələr reaktiv yaylım atəşi sistemlərindən döyüş atışları icra ediblər.

 

Təlimin keçirilməsində əsas məqsəd hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, raket və artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsi, döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təşkilidir.



Xəbəri paylaş

1240 dəfə oxunub.

Digər xəbərlər