“Ukrayna böhranı Avropada təhlükəsizlik idarəçiliyi sahəsində ziddiyyətlərin partlayışıdır. Ona görə də qitədə effektiv və davamlı təhlükəsizlik sistemi qurmaq lazımdır”.
Qarabaginfo.az info xəbər verir ki, bunu Çinin Rusiyadakı səfiri Çjan Hanhuey deyib.
Onun sözlərinə görə, Ukraynada baş verənlərin tarixi fonu və real səbəbləri var.
“Böhranı aradan qaldırmaq üçün problemin kökünə baxmaq və buna əsaslanaraq onun həlli yollarını axtarmaq lazımdır. Avropanı uzunmüddətli sabitliklə təmin edəcək balanslaşdırılmış, effektiv, davamlı Avropa təhlükəsizliyi sistemi qurulmalıdır”, – səfir bildirib.
Hanhuey onu da qeyd edib ki, Pekinin Ukrayna münaqişəsini sülh yolu ilə həll etmək səyləri Avropa ölkələrində yüksək qiymətləndirilib.