Saytımızı qiymətləndirin


 
 

Baydenin reytinqi ən aşağı səviyyəyə düşüb
Tarix: 05-01-2022 | Saat: 00:16
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Baydenin reytinqi ən aşağı səviyyəyə düşüb
Cozef Bayden

ABŞ Prezidenti Cozef Baydenin reytinqi dekabrda yenidən rekord həddə - 44 faizə düşüb.

Dekabrın 17-20-də 1 895 respondentin - qeydiyyatda olan 18 və yuxarı yaşda olan seçicilərin iştirakı ilə telefonla keçirilən sorğunun nəticələrinə görə, iştirakçıların 56%-i ABŞ Prezidentinin fəaliyyətini bəyənmir.

Tədqiqatda demokratlar və respublikaçıların demək olar ki, bərabər sayda tərəfdarının iştirak etdiyi qeyd edilir.

Baydenin populyarlığına dair əvvəlki antirekord keçən ilin sentyabrında qeydə alınıb. Respondentlərin 54%-i prezidentin işindən narazılıqlarını bildirib, sorğuda iştirak edənlərin 46%-i onu dəstəklədiyini qeyd edib.

Respondentlərin yarıdan çoxu (55%) Baydenin koronavirus pandemiyası ilə zəif mübarizə aparmasından narazıdır, 38%-i inflyasiyadan gileylənir.(Report)



Xəbəri paylaş

1219 dəfə oxunub.

Digər xəbərlər