Saytımızı qiymətləndirin


 
 

Soçidə çay məcrasından çıxıb, şəhəri su basıb- VİDEO
Tarix: 14-06-2023 | Saat: 10:49
Bölmə:Karusel / Region | çapa göndər

Soçidə güclü yağış səbəbindən Matsesta çayı məcrasından çıxıb.

Qarabaginfo.az xəbər verir ki, şəhər administrasiyasının məlumatına görə, sular şəhərə yayılıb, yaşayış evlərinin və avtomobillərin su basması qeydə alınıb.

Bundan başqa, şəhərdə qaz kəmərləri şəbəkəsinə də ziyan dəyib. Zərərçəkənlər barədə məlumat yoxdur.

Fövqəladə hadisənin nəticələrinin aradan qaldırılmasına ümumilikdə 184 nəfər və 42 texnika cəlb olunub. Şəhərdə təhlükəsizliyi təmin etmək üçün çimərlik əraziləri də bağlanıb.



Xəbəri paylaş

1198 dəfə oxunub.

Digər xəbərlər