Saytımızı qiymətləndirin


 
 

İrandakı səfirliyimiz fəaliyyətini nə vaxt bərpa edəcək? - XİN-dən açıqlama
Tarix: 12-06-2023 | Saat: 17:46
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub, ölən və xəsarət alan var, hücum edən şəxs tutulub - VİDEO - YENİLƏNİB

Son zamanlar, Azərbaycanla İran arasında bir sıra təmaslar həyata keçirilib. Xarici işlər nazirləri arasında baş tutmuş danışıqlar zamanı ölkələrimiz arasında yaranmış məlum vəziyyətə dair ətraflı fikir mübadiləsi aparılıb. 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə ranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaninin 12 iyun tarixli şərhi barədə yerli medianın sualına cavabında deyib.

O bildirib ki, cari ilin yanvar ayında terror hücumu nəticəsində fəaliyyətini dayandırmış səfirliyimizin işinin bərpa olunması məsələsinə gəldikdə qeyd edək ki, Azərbaycan terror hücumu ilə bağlı istintaqın başa çatdırılacağını gözləyir. Terror aktını törədənlər və sifarişçilər məsuliyyətə cəlb olunmalı, ən sərt şəkildə cəzalandırılmalıdır. Azərbaycan tərəfi əmin olmalıdır ki, səfirliyin təhlükəsiz fəaliyyəti üçün şərait mövcuddur və bununla bağlı tam zəmanət verilməlidir. 

Xatırladaq ki, 12 iyun tarixində İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani Azərbaycanla münasibətlərə toxunarkən bildirib ki, diplomatik tədbirlər nəticəsində gərginliyin nəzarət altına alınması ilə bağlı müsbət nəticə əldə edildiyinə inanır. Onun sözlərinə görə, hazırda gərginlik mərhələsindən yeni mərhələyə keçid və Azərbaycan Respublikasının Tehrandakı Səfirliyinin rəsmi fəaliyyətini bərpa etmək üçün danışıqlar mərhələsindədirlər. Kənani əlavə edib ki, yeni praktik addımlar atmaq üçün dialoqa və fikir mübadiləsinə ehtiyac var. 



Xəbəri paylaş

192 dəfə oxunub.

Digər xəbərlər