Tarix: 09-06-2023 | Saat: 10:02
Bölmə:Karusel / Dünya | çapa göndər
Kiyevə əlavə yardımın göstərilməsi və ABŞ-ın hazırkı prezidenti Co Baydenin reputasiyası Ukraynanın əks-hücumunun nəticəsindən asılıdır.
Qarabaqinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri ABŞ administrasiyasının rəsmilərinə istinadən məlumat yayıb.
Nəşr yazır ki, Ukrayna silahlı qüvvələri əks-hücum əməliyyatını uğurla başa vura bilsə, Kiyevin Qərb müttəfiqləri hərbi və maliyyə yardımını artıracaqlar. Lakin Ukrayna “gözlənilənləri doğrultmasa”, Qərb ölkələrinin dəstəyi dayana bilər.
Mənbələr qeyd edir ki, Ukrayna əks-hücum əməliyyatında uğursuz olarsa, Qərbdən tez bir zamanda diplomatik həll yolu tapmağa çağırış artacaq.
Ağ Evdəki mənbə bildirir ki, Ukraynanın uğurlu əks-hücumunu Co Baydenin xarici siyasətdə qələbəsi kimi təqdim etmək olar. Mənbənin fikrincə, prezident seçkilərində Bayden bu qələbədən kampaniyada istifadə edə bilər.
Digər xəbərlər