Tarix: 08-06-2023 | Saat: 16:17
Bölmə:Karusel / Siyasət | çapa göndər
Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyunun 12-də Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan bildirib. O qeyd edib ki, görüşün yeni tarixi barədə ictimaiyyətə məlumat veriləcək.
Qarabaginfo.az görüşün təxirə salınması ilə bağlı Xarici İşlər Nazirliyinə müraciət edib.
Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə saytımıza açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüşün dəqiq tarixlərinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.
"Ümidvarıq ki, bu görüş yaxın zamanlarda baş tutacaq. Bir qayda olaraq, görüşün dəqiq tarixlərinin əlaqələndirməni həyata keçirən təşkilatçı ölkə tərəfindən elan edilməsi təcrübəsi mövcuddur", - o qeyd edib.
Digər xəbərlər