Saytımızı qiymətləndirin


 
 

Atası tərəfindən qaçırıldığı deyilən qızla bağlı YENİ FAKTLAR
Tarix: 26-01-2022 | Saat: 17:33
Bölmə:Karusel / Gündəm | çapa göndər

Salyan rayonunun Xıdırlı kəndində 5 il boyunca nənəsinin himayəsində yaşayan 11 yaşlı uşaq 22 yanvar 2022-cil il tarixdə bioloji atası tərəfindən dərsdən çıxarkən zor tətbiq edilərək əmisinin evinə aparılıb. Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. 

 

Qarabaginfo.az-ın əməkdaşı Xıdırlı kənd bələdiyyəsinin sədri Pəri Zülfüqarova ilə əlaqə saxlayaraq, hadisənin təfərrüatını dəqiqləşdirməyə çalışıb.

 

P.Zülfüqarova bildirib ki, 11 yaşlı Nilufər hazırda atasının yanındadır.

 

Onun sözlərinə görə, azyaşlı qızın anası Kəmalə intihar edəndən sonra atası ikinci dəfə ailə həyatı qurub, lakin onun ikinci ailəsindən övladı yoxdur:

 

“Nilufər ailədə tək övladdır. Bu gün atasını gördüm. Uşağı soruşdum. Dedi ki, yaxşıdı, rahatdı. Ağlamır, analığı ilə də ünsiyyət qurub. 5 -ci sinif şagirdi olan uşağın məktəbə gəlib-gəlməməsi ilə bağlı məlumatım yoxdur”.

 

P.Zülfüqarova Nilufərin ata və anasınln yaxın qohum olduqlarını bildirib: “Onlar xalaqızı-xalaoğludular. Məhkəmənin qərarı ilə uşaq atasına verilib. Məndə olan məlumata görə, Nilufərin əhvalı yaxışıdır. Həyətdə uşaqlarla oynayır. Atası ilə birgə məhəllədə gəzir. Qapalı mühitdə saxlanılmır. Atası qızının ana qohumları ilə əlaqəni kəsmək istəmir. Sadəcə bir müddət övladının onunla birgə qalmasını, ona alışmasını istəyir. Orada uşağa psixoloji təzyiq edildiyini söyləyir. Bir müddətdən sonra nənəsinin, xalasının, dayısının da yanına gedəcək”.



Xəbəri paylaş

258 dəfə oxunub.

Digər xəbərlər