Saytımızı qiymətləndirin


 
 

Deputat “Putin Ukraynada məqsədinə çatmadı” dedi, qalmaqal qopdu- Vəzifəsini itirə, hakim partiyadan qovula bilər
Tarix: 05-06-2023 | Saat: 14:13
Bölmə:Karusel / Siyasət / Region | çapa göndər

Rusiya Dumasının MDB işləri üzrə komitə sədrinin müavini Konstantin Zatulin Rusiyanın Ukraynada xüsusi əməliyyatın məqsədlərindən heç birinə nail ola bilmədiyini dedikdən sonra tutduğu vəzifədən məhrum edilə və “Vahid Rusiya”dan xaric oluna bilər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Vedomosti” partiyadakı iki mənbəyə və prezident administrasiyasına yaxın həmsöhbətə istinadən yazır.

Bu məsələ ilə bağlı artıq “Vahid Rusiya”da məsləhətləşmələr aparılır və məsələyə fraksiya yetkilsi Vyaçeslav Makarov cavabdehdir. Makarov qeyd edib ki, Zatulinə qarşı hansı tədbirlərin görüləcəyini söyləmək hələ tezdir.

“Vahid Rusiya” fraksiyasındakı mənbə deyib ki, Zatulinə qarşı çoxlu şikayətlər yığılıb. Məsələn, o, 2021-ci ildə Rusiya prezidenti Vladimir Putinin təqdim etdiyi vətəndaşlıq haqqında qanun layihəsinə qarşı çıxıb.

Lakin başqa mənbəyə görə, Zatulinin çıxışı ilə bağlı bütün məsləhətləşmələr xəbərdarlıqla məhdudlaşa bilər: “Fraksiya rəhbərliyi Zatulinə xəbərdarlıq edəcək ki, gələcəkdə daha ehtiyatlı danışsın”.

“Bizə hansı Ukrayna lazımdır?” adlı 1 iyun forumunda Zatulin Putinin genişmiqyaslı əməliyyata başlamazdan əvvəl qarşıya qoyduğu bütün məqsədlərin iflasa uğradığını bəyan edib.

“Hərbi əməliyyatın əvvəlində rəsmi olaraq bəyan edilmiş məqsədlərimiz nə idi? Hamınız xatırlayırsınız: denazifikasiya, demilitarizasiya, Ukraynanın neytrallığı və bütün bu müddət ərzində əziyyət çəkən Donetsk və Luqansk sakinlərinin müdafiəsi. Bu bəndlərdən hansı üzrə bu günə kimi nəticələr əldə etmişik? Heç biri üzrə”, – Zatulin bildirib.

Onun sözlərinə görə, bir çox məqsədlər bütün mənasını itirib. “Məsələn, Ukraynanın neytrallığı. Bu tələbin mənası nədir? Hazırda heç nə. Mövcud qalsa, neytral olmayacaq”, – deyə deputat qeyd edib. O, həmçinin bildirib ki, Rusiya Qərbdən dəstək alan Ukraynanı ələ keçirə bilməyəcək.

Zatulin özü “Vedomosti”yə deyib ki, onun ifadəsi ilə bağlı heç kim onunla əlaqə saxlamayıb. “Mən niyə komitədəki yerimi itirməli və ya fraksiyadan xaric olunmalıyam? Fraksiya rəhbərliyi mənə heç nə deməyib”.

Eyni zamanda, Zatulin Telegram kanalında onun sözlərini kontekstdən çıxaranları ittiham edib: “Mən dedim ki, hazırda xüsusi hərbi əməliyyat məqsədlərinə nail olunmayıb. Nə üçün dedim? Dedim ki, ardından da bu məqsədlərə çatmaq üçün nə etmək lazım olduğunu söyləyim”.



Xəbəri paylaş

198 dəfə oxunub.

Digər xəbərlər