Saytımızı qiymətləndirin


 
 

“Bütün rayonlar üzrə su tələbatı müəyyən edilib”
Tarix: 03-06-2023 | Saat: 12:07
Bölmə:Karusel / Sosial | çapa göndər

butun-rayonlar-uzre-su-telebati-mueyyen-edilib

“Salyan rayonunda müəyyən vaxtlarda Kür çayından suyun götürülməsində çətinliklər olsa da, görülmüş tədbirlər nəticəsində hazırda rayonda nasos stansiyalarının işləməsində heç bir çətinlik yoxdur”.

Qarabaginfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Meliorasiya və Su təsərrüfatı" ASC-nin Suvarma şöbəsinin müdir müavini Qulu Kərimov bildirib.

O qeyd edib ki, bütün rayonlar üzrə, əsasən də Mingəçevir su anbarından aşağıda yerləşən rayonlarda ötən illərdə müəyyən çətinliklər olub: "Müvafiq tapşırığa əsasən bütün rayonlar üzrə su tələbatı müəyyən edilərək Nazirlər Kabineti tərəfindən təsdiq edilib və Mingəçevir su anbarından buraxılacaq suyun həcmi aylar üzrə müəyyənləşdirilib.

Ötən gündən etibarən iyun ayı üzrə Mingəçevir su anbarından 160 kub metr suyun buraxılması təmin edilib. Əvvəl bu, rəqəm 110 kubmetr olub. Bu barədə heç bir çətinlik olmamalıdır".

Q.Kərimov onu da qeyd edib ki, Salyan respublikanın iri kənd təsərrüfatı rayonlarından biridir. Belə ki, rayonda 46 min hektar əkin sahələri mövcuddur: "Bunlardan əsasən taxıl, pambıq, yem bitkiləri, bostan, tərəvəz bitkiləri, eyni zamanda həyətyanı sahələrin suvarılması da Kür çayının nasos stansiyaları vasitəsilə təmin edilir. Salyan rayonunun bütün suvarma sistemləri mexaniki üsulla, yəni nasos stansiyaları vasitəsilə çalışır. Buranın yeganə su mənbəyi Kür çayıdır".



Xəbəri paylaş

1106 dəfə oxunub.

Digər xəbərlər