Saytımızı qiymətləndirin


 
 

Dövlət başçısı: Azərbaycanın Aİ ilə münasibətlərinin inkişafına İtaliyanın dəstəyini yüksək qiymətləndiririk
Tarix: 02-06-2023 | Saat: 11:12
Bölmə:Karusel / Siyasət | çapa göndər

Dövlət başçısı: Azərbaycanın Aİ ilə münasibətlərinin inkişafına İtaliyanın dəstəyini yüksək qiymətləndiririk

Biz dost ölkə və etibarlı strateji tərəfdaşımız olan İtaliya ilə əlaqələrimizin genişlənməsinə xüsusi əhəmiyyət verir, qeyri-neft sektorunda birgə fəaliyyətimizi şaxələndirmək və yeni məzmunla zənginləşdirmək əzmindəyik.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya təbrik məktubunda bildirilib.

Dövlət başçısı qeyd edib ki, apardığımız ali səviyyəli siyasi dialoq, çoxsaylı qarşılıqlı səfərlər, imzalanmış sənədlər, həyata keçirilən birgə layihələr əməkdaşlığımızın yeni istiqamətlərinin müəyyən edilməsində mühüm rol oynayır.

“Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafına İtaliyanın daim verdiyi dəstəyi yüksək qiymətləndiririk. Əminəm ki, Azərbaycan ilə İtaliya arasındakı ənənəvi dostluq münasibətləri, həm ikitərəfli, həm də Avropa İttifaqı çərçivəsində səmərəli əməkdaşlığımız dost xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək, strateji tərəfdaşlığımız daha da dərinləşəcəkdir”, - Azərbaycan Prezidenti vurğulayıb.



Xəbəri paylaş

168 dəfə oxunub.

Digər xəbərlər