Tarix: 30-05-2023 | Saat: 14:28
Bölmə:Karusel / Siyasət | çapa göndər
Azərbaycan və İsrail prezidentlərinin görüşü zamanı iki ölkə arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilib.
Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla mətbuata bəyanatlarla çıxış zamanı deyib.
“Bu gün müzakirələr zamanı biz həmçinin enerji sahəsində əməkdaşlığı necə genişləndirəcəyimiz məsələsini müzakirə etdik. Çünki biz, investisiya layihələri, interkonnektorların yaradılması ilə əlaqəli layihələr, üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri ilə bağlı böyük imkanlar görürük.
Biz həmçinin suvarma və kənd təsərrüfatı sahəsində planlarımızı və artıq həyata keçirilənləri müzakirə etdik. Biz İsrailin bu sahədəki böyük nailiyyətləri barəsində bilirik”, - Prezident İlham Əliyev qeyd edib.
Digər xəbərlər