Tarix: 27-05-2023 | Saat: 20:35
Bölmə:Karusel / Manşet | çapa göndər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcər şəhərində 960 şagird yerlik məktəb binasının təməlqoyma mərasimində iştirak edib.
Qarabaginfo.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verdi.
Bildirildi ki, işğaldan azad olunmuş ərazilərin bərpası prosesində müasir təhsil infrastrukturunun qurulmasına xüsusi diqqət yetirilir. Kəlbəcərdə təməli qoyulan məktəb binası ən müasir standartlara uyğun inşa olunacaq.
Qeyd edildi ki, 41 sinifdən ibarət olacaq məktəb binasında fizika, kimya, biologiya, informatika kabinetləri, müxtəlif təyinatlı səkkiz laboratoriya, akt və idman zalları, yeməkxana və digər zəruri otaqlar yaradılacaq.
Dövlətimizin başçısı Kəlbəcər şəhərində 960 şagird yerlik məktəb binasının təməlini qoydu.
Digər xəbərlər