Saytımızı qiymətləndirin


 
 

Paşinyan Moskvada “biz hazırıq” dedi 
Tarix: 25-05-2023 | Saat: 16:53
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Paşinyan Moskvada “biz hazırıq” dedi 

"Ermənistan Avrasiya İqtisadi İttifaqı çərçivəsində ümumi qaz bazarının işləməsi üçün konstruktiv dialoqa hazırdır".

 

Qarabaqinfo.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə keçirilən iclasında çıxış edərkən deyib.

 

"Bazarın vaxtlı-vaxtında işləməsi əlverişli və qarşılıqlı faydalı ticarət şərtlərinin formalaşmasına kömək edəcək. Üzv dövlətlərin beynəlxalq bazarda enerji təhlükəsizliyinin və rəqabət qabiliyyətinin artırılmasını təmin edəcək", - deyə Ermənistanın baş naziri bildirib.

 

Qeyd edək ki, bu gün Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə qonaq qismində iştirak edir.



Xəbəri paylaş

184 dəfə oxunub.

Digər xəbərlər
17-12-2021, 10:30 Neft yenidən ucuzlaşdı