Tarix: 24-05-2023 | Saat: 11:45
Bölmə:Karusel / Region | çapa göndər
Türkiyədə dağılmış "ATA İttifaqı"na daxil olmuş Zəfər Partiyasının sədri Ümit Özdağ daxili işlər naziri postunu tutacağı barədə paylaşım edib.
Qarabaginfo.az xəbər verir ki, Özdağ bu barədə tviter səhifəsində yazıb.
"Söz verirəm ki, suriyalıları daxili işlər naziri olaraq ölkədən yollayacağam. Bu gün saat 11:00-ı gözləyin", - deyə o qeyd edib.
Xatırladaq ki, Özdağ dünən "Millət İttifaqı"nın namizədi, CHP sədri Kemal Kılıçdaroğluna dəstək anonsu verib və protokol imzalanması ilə bağlı yekun razılıq əldə olunarsa, bu gün yerli vaxtla 11:00-da onunla birlikdə brifinq keçirərək hansı namizədi dəstəkləyəcəyini elan edəcək.
"ATA İttifaqı" dağılıb. Bundan əvvəl ittifaqa daxil olan Ədalət Partiyası ittifaqı tərk edib və "Millət İttifaqı"nın namizədi Kemal Kılıçdaroğluna dəstəyini elan edib. O, üstüörtülü şəkildə ittifaqdakı digər qüvvələri müxalifət əleyhinə addımlarda ittiham edib.
İttifaqın namizədi olmuş Sinan Oğan isə hazırkı prezident Rəcəb Tayyib Ərdoğana dəstəyini elan edib.
Bəzi kulis məlumatlarına görə, Özdağ və Oğan əvvəlcədən razılaşdırılmış şəkildə fərqli namizədləri dəstəkləyəcəklər ki, kim qalib gəlsə, hakimiyyətdən pay ala bilsinlər.(modern.az)
Digər xəbərlər