Saytımızı qiymətləndirin


 
 

XİN 3 tədbir keçirməyə 2 milyon xərcləyib
Tarix: 24-05-2023 | Saat: 11:33
Bölmə:Karusel / Siyasət | çapa göndər

XİN 3 tədbir keçirməyə 2 milyon xərcləyib

Ötən il dövlət büdcəsinin “Təhsil” bölməsində digər təşkilatlar üzrə xərclərin icra vəziyyəti açıqlanıb.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatda qeyd olunub. 

 

2022-ci ilin dövlət büdcəsinin “Təhsil” bölməsində digər təşkilatlar üzrə xərclərin icra vəziyyəti aşağıdakı kimi olub:

 

- Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin, habelə Bakı Xoreoqrafiya Akademiyasının fəaliyyətlərinin təmin olunması məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi üzrə proqnozlaşdırılmış 165,7 milyon manat vəsaitdən 163,9 milyon manat və ya 99,0 faiz;


- Orta ixtisas təhsili müəssisələrinin (tibb kollecləri), Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun fəaliyyətlərinin təşkili üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üzrə proqnozlaşdırılmış 16,2 milyon manat vəsaitdən 15,8 milyon manat və ya 97,4 faiz;


- Respublika Olimpiya İdman Liseyində və məktəbdənkənar təhsil müəssisələrində (idman məktəbləri) idmançıların yetişdirilməsi üçün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi üzrə proqnozlaşdırılmış 7,7 milyon manat vəsaitdən 7,2 milyon manat və ya 93,3 faiz;

 

- Bakı Turizm Peşə Məktəbində və Mingəçevir Turizm Kollecində kadr hazırlığının həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üzrə proqnozlaşdırılmış 2,5 milyon manat vəsaitdən 2,4 milyon manat və ya 96,2 faiz;

 

- Ədliyyə və prokurorluq orqanları işçilərinin, hakimlərin, digər hüquqşünasların peşə hazırlığının artırılması, habelə cəmiyyətin ixtisaslı hüquqşünas kadrlarına ehtiyacının təmin edilməsi üçün Ədliyyə Akademiyasının fəaliyyətinin təmin olunması ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə proqnozlaşdırılmış 2,7 milyon manat vəsaitdən 2,4 milyon manat və ya 89,0 faiz;


- Baş Prokurorluğun Elm-Tədris Mərkəzində prokurorluq orqanlarına yeni qəbul olunan və fəaliyyətdə olan işçilərin ixtisasartırma prosesinin təşkil olunması, habelə əməkdaşların nəzəri biliklərinin və peşə hazırlığının artırılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu üzrə proqnozlaşdırılmış 2,4 milyon manat vəsait 100,0 faiz icra olub.

 

- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi üçün 3 tədbir üzrə ümumilikdə 2,6 milyon manata qarşı icra 2,0 milyon manat və ya 77,9 % olub.



Xəbəri paylaş

177 dəfə oxunub.

Digər xəbərlər