Ana Sayfa > Karusel / Siyasət > XİN 3 tədbir keçirməyə 2 milyon xərcləyib
XİN 3 tədbir keçirməyə 2 milyon xərcləyib24-05-2023, 11:33. Yazar: Admin |
Ötən il dövlət büdcəsinin “Təhsil” bölməsində digər təşkilatlar üzrə xərclərin icra vəziyyəti açıqlanıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatda qeyd olunub.
2022-ci ilin dövlət büdcəsinin “Təhsil” bölməsində digər təşkilatlar üzrə xərclərin icra vəziyyəti aşağıdakı kimi olub:
- Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin, habelə Bakı Xoreoqrafiya Akademiyasının fəaliyyətlərinin təmin olunması məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi üzrə proqnozlaşdırılmış 165,7 milyon manat vəsaitdən 163,9 milyon manat və ya 99,0 faiz;
- Bakı Turizm Peşə Məktəbində və Mingəçevir Turizm Kollecində kadr hazırlığının həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üzrə proqnozlaşdırılmış 2,5 milyon manat vəsaitdən 2,4 milyon manat və ya 96,2 faiz;
- Ədliyyə və prokurorluq orqanları işçilərinin, hakimlərin, digər hüquqşünasların peşə hazırlığının artırılması, habelə cəmiyyətin ixtisaslı hüquqşünas kadrlarına ehtiyacının təmin edilməsi üçün Ədliyyə Akademiyasının fəaliyyətinin təmin olunması ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə proqnozlaşdırılmış 2,7 milyon manat vəsaitdən 2,4 milyon manat və ya 89,0 faiz;
- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi üçün 3 tədbir üzrə ümumilikdə 2,6 milyon manata qarşı icra 2,0 milyon manat və ya 77,9 % olub. Geri dön |