Saytımızı qiymətləndirin


 
 

Ərdoğan: “Türkiyəyə sanksiya tətbiq edənlərin NATO-ya üzvlüyünə “hə” deyə bilmərik”
Tarix: 16-05-2022 | Saat: 22:13
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rəcəb Tayyib Ərdoğan

İsveç və Finlandiyanın terror təşkilatlatlarına dair açıq və aydın mövqeləri yoxdur, hətta terrorçuları Türkiyəyə təslim etməyəcəyik deyə açıqlamaları var.

Qarabaginfo.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əlcəzairli həmkarı Abdulməcid Tebbune ilə birgə mətbuat konfransında deyib.

Dövlət başçısı İsveçin terror təşkilatları üçün mərkəz olduğunu qeyd edərək, Türkiyənin bu iki ölkəyə inamının olmadığını vurğulayıb: “Bazar ertəsi Türkiyə gələcəklər. Nəyə gəlirlər? Bizi inandırmağa? Üzrlü saysınlar, əziyyət çəkməsinlər. Türkiyəyə qarşı sanksiya tətbiq edən ölkələrin təhlükəsizlik təşkilatı olan NATO-ya daxil olmaqlarına “hə” deyə bilmərik. Onda NATO təhlükəsizıik təşkilatı deyil, terrorçuların təmsilçilərinim çoxaldığı bir yer olar. Biz buna “hə” deyə bilmərik”.



Xəbəri paylaş

1274 dəfə oxunub.

Digər xəbərlər