Saytımızı qiymətləndirin


 
 

“Siz haradasınızsa, qələbə də oradadır!”
Tarix: 25-12-2021 | Saat: 11:45
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Siz haradasınızsa, qələbə də oradadır!”

 

Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Aleksandr Şarovski, icmanın sədr müavini Yevqeniy Brenneysen və baş ravvin Şneor Seqal Prezident İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik ediblər.

Qarabaginfo.az xəbər verir ki, təbrik məktubunda deyilir: 

"Hörmətli cənab Prezident,

Azərbaycandakı Avropa Yəhudiləri İcması adından Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirik.

60 il insan həyatının çiçəklənmə dövrüdür. Tarixin çətin və dönüş anlarında dünya hadisələrinə təsir edən böyük şəxsiyyətin rolu xüsusilə nəzərə çarpır. Məhz Sizin və Sizin rəhbərliyiniz sayəsində Azərbaycan xalqı ata-baba torpaqlarımız olan Qarabağımızı işğalçılardan azad etdi və Sizin rəhbərliyinizlə bu torpaqlar yenidən çiçəklənəcək.

Biz Azərbaycan yəhudiləri, bütün ölkə xalqı kimi, bu zəmanədə yaşamaqla, Sizin müdrik rəhbərliyiniz sayəsində ölkəmizin inkişaf etdiyini və tərəqqisini görməklə fəxr edirik və buna görə xoşbəxtik.

Siz haradasınızsa, qələbə də oradadır!

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, müqəddəs Tövratda yazıldığı kimi, 120 illik xoşbəxt ömür və əziz Azərbaycanımızın rifahı naminə səmərəli fəaliyyət arzulayırıq.

Allah Sizi qorusun!".



Xəbəri paylaş

289 dəfə oxunub.

Digər xəbərlər