Saytımızı qiymətləndirin


 
 

Muxtar Babayev: ​COP 29-u inklüziv, şəffaf və qərəzsiz şəkildə təqdim etməyə sadiqik
Tarix: 19-06-2024 | Saat: 12:04
Bölmə:Karusel / Siyasət | çapa göndər

Muxtar Babayev: ​COP 29-u inklüziv, şəffaf və qərəzsiz şəkildə təqdim etməyə sadiqik

Biz COP 29-u inklüziv, şəffaf və qərəzsiz şəkildə təqdim etməyə sadiqik.

Qarabaginfo.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib Bakıda “COP29-a Aparan Yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda keçirilən Yüksək Səviyyəli 29-cu Toplantıda deyib.

O qeyd edib ki, COP 29-a sahiblik edən ölkə olaraq bizim bütün fikirləri eşitməyimiz, konsensus əsasında qurulmuş proqram hazırlamağımız və iqlim fəaliyyəti üçün hər kəsi gücləndirən ortaq həllər tapmağımız vacibdir: “Ötən aylar ərzində komandamız maraqlı tərəflər və müvafiq beynəlxalq təşkilatların rəhbərləri ilə geniş və dərin məsləhətləşmələr aparıb. Biz bütün maraqlı tərəflərin ümumi iqlim probleminin təsirlərini həll etmək üçün birgə işləmək öhdəliyini götürdük. Bu görüşlər ambisiyaları yüksəltmək və hərəkətə keçmək, hamı ilə işləmək üçün fürsət verib".



Xəbəri paylaş

169 dəfə oxunub.

Digər xəbərlər