Tarix: 22-05-2023 | Saat: 14:33
Bölmə:Karusel / Siyasət | çapa göndər
Azərbaycanın geniş enerji mənbələri bu gün ölkəmizin Avropa enerji təhlükəsizliyində xüsusi rol oynadığını sübut edir. Avropanın bir neçə ölkəsi ilə hazırda beynəlxalq tərəfdaşlıq səviyyəsində müvafiq layihələr həyata keçirilir.
Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfransda deyib.
“Sabah siz işğaldan azad edilmiş Zəngilanı ziyarət edəcəksiniz. Siz öz gözlərinizlə görəcəksiniz ki, 30 il ərzində Ermənistan Azərbaycan torpaqlarını necə dağıdıb. Ermənistan bu illər ərzində Azərbaycanın təbii sərvətlərini, mədəni abidələrini, məscidlərini dağıdıb. Təəssüf ki, bunlar qonşu dövlətin məkirli siyasəti kimi tarixə yazılıb.
Amma buna baxmayaraq, Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə sürətlənmiş şəkildə bərpa işləri görür. Mühüm nəqliyyat layihələri Azərbaycanı ən geniş nəqliyyat qovşaqlarından birinə çevirəcək. Buna Zəngəzur dəhlizi nümunədir”, - spiker vurğulayıb.(Modern.az)
Digər xəbərlər