Saytımızı qiymətləndirin


 
 

Hamburq limanında 400 kiloqramdan çox kokain müsadirə edilib
Tarix: 14-09-2025 | Saat: 10:10
Bölmə:Karusel / Kriminal | çapa göndər

Hamburq limanında 400 kiloqramdan çox kokain müsadirə edilib

Almaniyanın Hamburq limanında 400 kiloqramdan çox kokain müsadirə olunub.

Qarabaginfo.az xəbər verir ki, narkotik vasitə O'Swaldkai konteyner terminalında aparılan yoxlamalar zamanı aşkarlanıb.

Qeyd edilib ki, şübhəli hərəkətlər edən iki nəfər liman işçilərinin diqqətini cəlb edib.

İki naməlum şəxs, gəmilərdən birindən düşərək idman çantaları ilə dolu yük maşınına əşyalar yükləyiblər. Onların limanın rəsmi işçiləri olmadığı bəlli olduqdan sonra təhlükəsizlik xidmətinə məlumat verilib. Təhlükəsizlik qüvvələri avtomobili dərhal saxlayaraq ərazidə yoxlama aparıb.

Şübhəlilərdən biri dərhal saxlanılıb. İkinci şəxs isə ərazidə elan edilən təhlükə siqnalı və limanın mühasirəyə alınması nəticəsində qısa zamanda ələ keçirilib. Onun tutulmasına polis vertolyotu da cəlb olunub.

Yüklərin içərisində ümumilikdə 20-dən çox idman çantasında gizlədilmiş narkotik vasitələr aşkarlanıb. Hazırda istintaq orqanları narkotik maddələrin mənşəyi və hansı cinayətkar şəbəkə ilə əlaqəli olduğunu araşdırır.



Xəbəri paylaş

23 dəfə oxunub.

Digər xəbərlər