Saytımızı qiymətləndirin


 
 

KİV: F-16-nın Kiyevə çatdırılması NATO standartlarının Ukrayna Hərbi Hava Qüvvələrində tətbiqini sürətləndirəcək
Tarix: 21-05-2023 | Saat: 20:30
Bölmə:Karusel / Region | çapa göndər

 

KİV: F-16-nın Kiyevə çatdırılması NATO standartlarının Ukrayna Hərbi Hava Qüvvələrində tətbiqini sürətləndirəcək

F-16 qırıcılarının Kiyevə çatdırılması NATO standartlarının bütün hava hücumundan müdafiə sistemində və Ukrayna Hərbi Hava Qüvvələrində tətbiqini sürətləndirəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Almaniyanın “Stern” jurnalında bazar günü dərc olunan məqalədə deyilir.

Materialda qeyd olunur ki, hazırda Ukraynaya F-16 qırıcılarının tədarükünə alternativ yoxdur. Əgər məqalə müəllifinin iddia etdiyi kimi, Qərb ukraynalı pilotların, o cümlədən F-16 qırıcılarının hazırlanmasına başlamaq qərarına gəlibsə, o zaman Kiyevə döyüş təyyarələri gətiriləcək. Eyni zamanda, materialda deyildiyi kimi, “F-16-nın köməyi ilə Ukraynanın bütün hava hücumundan müdafiə və hava qüvvələri tədricən Qərb və NATO standartlarına uyğun modernləşdiriləcək”. Məqalədə qeyd olunur ki, hava hücumundan müdafiə sahəsində proses tam sürətlə davam edir, indi təyyarələr də buna əlavə olunacaq.

 



Xəbəri paylaş

198 dəfə oxunub.

Digər xəbərlər