Saytımızı qiymətləndirin


 
 

İrəvan Rusiyanın sülh təklifini dəstəkləmir - Erməni deputat
Tarix: 18-05-2023 | Saat: 11:16
Bölmə:Karusel / Region | çapa göndər

İrəvan Rusiyanın sülh təklifini dəstəkləmir - Erməni deputat

 

Rusiyanın Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması üçün verdiyi təkliflər 30 ildə heç nəyi dəyişməyib.


Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim fraksiyasının deputatı Akop Aslanyan söyləyib.

 

Onun sözlərinə görə, İrəvan sülh prosesində Avropanın təkliflərinə müsbət yanaşır.


"Biz çalışırıq ki, yalnız Avropanın təklifi ilə məsələni həll edək. Çünki Rusiyanın təklifləri 30 il ərzinə heç bir irəliləyişə töhfə verməyib. Beynəlxalq ictimaiyyət bizdən tələb edir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyaq. Burada artıq digər problemlər də önə çıxmır. Biz bir-birimizin ərazi bütövlüyünü tanımalıyıq. Sonra isə Qarabağdakı ermənilərin hüquq və azadlıqlarını beynəlxalq səviyyədə qabarda biləcəyik. Brüssel görüşünü və tərəflərin bir-birinin ərazi bütövlüyünü tanımasını müsbət qiymətləndiririk”,- deyə Aslanyan vurğulayıb.



Xəbəri paylaş

178 dəfə oxunub.

Digər xəbərlər