Tarix: 17-05-2023 | Saat: 17:20
Bölmə:Karusel / Siyasət / Region | çapa göndər
"Biz daha zərrə qədər danışıq qabiliyyətinə malik tərəfdaş kimi Qərbə arxalanmayacağıq. Gəlin, buna hazır olan dünyanın qalan hissəsi ilə işləyək".
Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov "Tsarqrad" telekanalına müsahibəsində deyib.
"Mərkəzi Asiya və Cənubi Qafqaz iqtisadiyyatında Qərbin payı artır. Qərb metodik şəkildə onlardan öz maraqlarına zidd addımlar atmamağı tələb edir. Baxmayaraq ki, əslində bu, yalnız daxili işlərə müdaxiləyə çevrilir. MDB-də iqtisadi əməkdaşlıq çərçivəsində mühüm əlaqələr qalmaqdadır, çünki MDB azad ticarət zonası fəaliyyət göstərir, müasir çağırış və təhdidlərlə - terrorizm, ekstremizm, narkotiklərin qanunsuz dövriyyəsi, mütəşəkkil cinayətkarlıq - mübarizə sahəsində və humanitar sahədə. 2023-cü il üzrə təşkilatda millətlərarası ünsiyyət dili kimi rus dili ili elan edilib", - Lavrov söyləyib.
"2001-ci ildən biz ilk növbədə Çin, Hindistan və ASEAN ölkələri ilə əlaqələrimizi qurmağa başladıq. İndi deyirlər ki, “Rusiya Qərbə üz çevirib”. Heç kim heç kimdən üz döndərmədi. Daha doğrusu, Qərbin özü üz çevirdi. Qərb öz seçimini edib və deyir ki, “Rusiya strateji məğlubiyyətə uğramalıdır”, “Krımdan əl çəkməlidir”, - deyə o bildirib.
Digər xəbərlər