Tarix: 16-05-2023 | Saat: 19:56
Bölmə:Karusel / Siyasət | çapa göndər
NATO və Azərbaycan arasında yeni Daimi Nümayəndələrin Müavinləri Komitəsi formatında (Deputy Permanent Representatives Committee - DPRC) enerji təhlükəsizliyi dialoqu yekunlaşıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı missiyasının rəhbəri Cəfər Hüseynzadə "Twitter"də yazıb.
"Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanovun iştirakı ilə NATO DPRC və Azərbaycan enerji təhlükəsizliyi dialoqu başa çatıb", - deyə Hüseynzadə qeyd edib.
Diplomat həmçinin onu da əlavə edib ki, Soltanov NATO-ya üzv dövlətlərin nümayəndələri ilə ölkəmizin NATO müttəfiqlərinin enerji təhlükəsizliyinə verdiyi töhfənin hazırkı vəziyyəti və perspektivləri, yaşıl enerjiyə keçid barədə səmərəli fikir mübadiləsi aparıb.
Xatırladaq ki, Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov dialoqda iştirak etmək məqsədilə NATO-nun Baş Qərargahında olub.
Digər xəbərlər