Tarix: 05-07-2024 | Saat: 15:09
Bölmə:Karusel / Siyasət | çapa göndər
Rusiya Prezidenti Vladimir Putin Macarıstan Baş naziri Viktor Orbanın Moskvaya, o cümlədən Aİ Şurasının sədri kimi gəldiyini bildirib.
Qarabaginfo.az xəbər verir ki, bunu Putin Orbanla Kremldə keçirilən ikitərəfli görüşün protokol hissəsində deyib.
Rusiya Prezidenti Orbanla digər məsələlərlə yanaşı, ikitərəfli münasibətləri də müzakirə etməyə ümidvar olduğunu söyləyib. Putin Orbanı Ukraynadakı vəziyyəti müzakirə etməyə dəvət edib. Bildirib ki, Orbana Ukrayna ilə bağlı təkliflərinin nüanslarını açıqlayacaq.
Putin həmçinin Orbandan onu Macarıstan və Aİ-nin Ukraynadakı vəziyyətlə bağlı mövqeyi ilə tanış etməsini xahiş edib. Orban isə çıxışında Putinlə bugünkü görüşü xüsusi adlandırıb. O, Rusiya Federasiyası üçün çətin bir zamanda qəbula görə Putinə təşəkkür edib.
Orban bildirib ki, Macarıstan tezliklə Avropada həm Rusiya, həm də Ukrayna ilə dialoq apara biləcək yeganə ölkə olacaq.
Digər xəbərlər