Saytımızı qiymətləndirin


 
 

Türkiyədə prezident seçkilərinin II turunun tarixi ve detalları- AÇIQLANDI
Tarix: 15-05-2023 | Saat: 21:05
Bölmə:Karusel / Siyasət / Region | çapa göndər

Türkiyədə prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə Yüksək Seçki Komissiyasının sədri Ahmet Yener açıqlama verib.

“Ölkəmizdə ilk dəfə baş tutacaq ikinci tur haqqında qısa məlumat vermək istərdim. Bülletenlərin verilməsi qaydasında heç bir dəyişiklik olmayacaq. Birinci yerdə cənab Ərdoğan, ikinci yerdə isə cənab Kılıçdaroğlu olacaq. Təbliğat prosesi başlamış sayılır.

Mayın 19-da birinci turun yekun nəticələri elan olunacaq. Açıqlamadan sonra mayın 23-də xaricdə səsvermə prosesi başlayacaq.

Mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunun türk millətinə, namizədlərə və siyasi partiyalara xeyirli olmasını arzu edirik”, – YSK sədri bildirib.



Xəbəri paylaş

186 dəfə oxunub.

Digər xəbərlər