DİN Bakıda bir qrup qazinin yolu bağlamasına münasibət bildirib
Tarix: 26-10-2021 | Saat: 12:15
Bölmə:Karusel / Gündəm | çapa göndər
391 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 26-10-2021 | Saat: 12:15
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakıda bir qrup qazi yolu bağlamağa cəhd göstərib.
Qarabaginfo.az-ın xəbərinə görə, hadisə paytaxtın Ziya Bünyadov prospektində qeydə alınıb.
Belə ki, bir qrup qazi hərəkətin qarşısını almağa cəhd edib.
Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”un sorğusuna cavab olaraq bildirib ki, vətəndaşların yolu bağlamağa cəhd etməsinə səbəb həyatyanı torpaq sahəsi ilə bağlı mübahisədir: “Ərazidə xidmət aparan naryad qruplarımız tərəfindən dərhal hadisəyə müdaxilə edilib. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb. Yolda hərəkət bərpa olunub”.
DİN rəsmisinin sözlərinə görə, hazırda tərəflərin mübahisə subyekti ilə bağlı araşdırma aparılır: “Aidiyyəti qurumlar məlumatlandırılıb”.
Xəbəri paylaş
Digər xəbərlər
15-01-2022, 20:19
"Qarabağ"ın rəqibinə yeni transferlər etmək qadağan edildi
28-10-2022, 23:36
İran təhlükəsizlik qüvvələri iğtişaşlarla bağlı bəyanat yayıb
20-09-2021, 22:34
Ceyhun Sultanov və Cəlal İsayevin evlərindən oğurluq edən şəxslərin məhkəməsi başlayır
9-05-2025, 06:54
Zelenski Trampla iqtisadi tərəfdaşlıq haqqında sazişi müzakirə edib
16-10-2020, 11:19
Pakistandan Ermənistana sərt çağırış - FOTO
29-06-2026, 08:02
KİV: Tətillərə baxmayaraq, İran-ABŞ texniki danışıqları davam edir
13-12-2022, 12:41
Paşinyan təcili Təhlükəsizlik Şurasını TOPLADI


















