Saytımızı qiymətləndirin


 
 

AKP gənclərinin rəhbəri deputat oldu - CHP-ninki seçilmədi
Tarix: 15-05-2023 | Saat: 16:39
Bölmə:Karusel / Dünya | çapa göndər

 

AKP gənclərinin rəhbəri deputat oldu - CHP-ninki seçilmədi

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) və müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) Gənclər Təşkilatlarının rəhbərləri də deputatlığa namizəd kimi dünənki seçkilərə qatılmışdılar.

 

Qarabaqinfo.az Türkiyə mətbuatındakı məlumatlara əsasən, onların seçilib-seçilməməsinə nəzər yetirib.

 

Belə ki, AKP Gənclər Təşkilatının sədri Eyyüp Kadir İnan İzmir 2-ci seçki dairəsindən partiyanın proporsional siyahısında ilk sırada namizəd göstərilmişdi. Nəticələrə əsasən, o, 28-ci çağırış Türkiyə parlamentinə düşməyi bacarıb.

 

CHP Gənclər Təşkilatının sədri Gençosman Killik isə Konyadakı seçki dairəsindən partiyanın proporsional siyahısı üzrə 3-cü sıradan namizəd idi. Hazırkı nəticələrə görə, Killik deputat seçilməyib.

 

Qeyd edək ki, hələlik Türkiyə Ali Seçki Komissiyası yekun nəticələri elan etmədiyi üçün məlumatlar rəsmi təsdiqlənməyib.



Xəbəri paylaş

179 dəfə oxunub.

Digər xəbərlər