Ana Sayfa > Karusel / Dünya > AKP gənclərinin rəhbəri deputat oldu - CHP-ninki seçilmədi
AKP gənclərinin rəhbəri deputat oldu - CHP-ninki seçilmədi15-05-2023, 16:39. Yazar: Admin |
Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) və müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) Gənclər Təşkilatlarının rəhbərləri də deputatlığa namizəd kimi dünənki seçkilərə qatılmışdılar.
Qarabaqinfo.az Türkiyə mətbuatındakı məlumatlara əsasən, onların seçilib-seçilməməsinə nəzər yetirib.
Belə ki, AKP Gənclər Təşkilatının sədri Eyyüp Kadir İnan İzmir 2-ci seçki dairəsindən partiyanın proporsional siyahısında ilk sırada namizəd göstərilmişdi. Nəticələrə əsasən, o, 28-ci çağırış Türkiyə parlamentinə düşməyi bacarıb.
CHP Gənclər Təşkilatının sədri Gençosman Killik isə Konyadakı seçki dairəsindən partiyanın proporsional siyahısı üzrə 3-cü sıradan namizəd idi. Hazırkı nəticələrə görə, Killik deputat seçilməyib.
Qeyd edək ki, hələlik Türkiyə Ali Seçki Komissiyası yekun nəticələri elan etmədiyi üçün məlumatlar rəsmi təsdiqlənməyib. Geri dön |