Saytımızı qiymətləndirin


 
 

Türkiyədə seçki günü qadağaları - SİYAHI
Tarix: 14-05-2023 | Saat: 11:01
Bölmə:Karusel / Region | çapa göndər

Türkiyədə seçki günü qadağaları - SİYAHI

 

Bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Seçki günü ölkədə bir sıra qadağalar tətbiq edilir. 

 

() xəbər verir ki, bu barədə Türkiyənin Ali Seçki Şurası məlumat yayıb.

 

Qadağalar aşağıdakı kimidir:

 

- Seçki günü saat 06.00-dan 24.00-dək spirtli içkilərin satışı qadağan edilir.

 

- Yaşayış məntəqələrində təhlükəsizliyin və asayişin qorunmasına cavabdeh olan şəxslərdən başqa heç kim silah gəzdirə bilməz.

 

- Seçki günü qəhvəxana, internet kafe kimi bütün ictimai əyləncə yerləri bağlıdır.

 

- Əyləncə məkanı olan restoranlarda yalnız yeməklər verilir.

 

- Seçki günü saat 18:00-a kimi toyların keçirilməsi qadağandır.

 

- Saat 18:00-a qədər mətbuatda seçkilər barədə proqnoz və şərh vermək qadağan edilir.

 

- Saat 18.00-21.00-da YSK-nın seçki ilə bağlı verəcəyi xəbərlər və bildirişlər dərc olunacaq.

 

- Saat 21:00-dan sonra bütün yayımlar pulsuz olacaq.

 

- Prezident seçkiləri ikinci tura keçərsə, mayın 28-də də eyni müddəalar tətbiq olunacaq.

 

Səs verə bilməyən şəxslər aşağıdakılardır:

 

- Hərbi təhsil müəssisələrinin tələbələri;

 

- Penitensiar müəssisələrdə olan məhkumlar;

 

Qeyd edək ki, Türkiyədə prezident postu uğrunda üç namizəd – hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparırlar. Məmləkət Partiyasının sədri Muharrem İncə seçkilərə üç gün qalmış namizədliyini geri götürüb.

 

Ankara vaxtı ilə saat 08:00-da başlayan səsvermə saat 17:00-da başa çatacaq.(modern.az)



Xəbəri paylaş

174 dəfə oxunub.

Digər xəbərlər