Saytımızı qiymətləndirin


 
 

Rusiya təyyarələrini ölkəyə buraxmayın - ÇAĞIRIŞ
Tarix: 11-05-2023 | Saat: 16:23
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Rusiya təyyarələrini ölkəyə buraxmayın - ÇAĞIRIŞ

Avropa İttifaqı Gürcüstana çağırış edib.

 

Qarabaqinfo.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, ittifaqın Xarici İşlər Xidmətinin nümayəndəsi Piter Stano Aİ-yə üzv olmaq istəyən Gürcüstanı Rusiya təyyarələrini öz ərazisinə buraxmamağa çağırıb.

 

"Avropa İttifaqı Gürcüstanı təhlükəli Rusiya təyyarələrini öz ərazisinə buraxmamağa çağırır, çünki ittifaq və ABŞ sanksiyaları Rusiyaya onların lisenziyalı texniki xidmət göstərməsinə imkan vermir", - deyə Tbilisiyə ünvanlanan xəbərdarlıqda bildirilib.

 

Qeyd edək ki, Prezident Vladimir Putin Rusiya ilə Gürcüstan arasında viza rejiminin ləğvinə dair sərəncam imzalayıb. Sərəncama əsasən, mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejimi ləğv olunur. Bundan sonra Gürcüstan vətəndaşları 90 gün Rusiyaya vizasız səyahət edə biləcəklər. modern.az



Xəbəri paylaş

188 dəfə oxunub.

Digər xəbərlər