Saytımızı qiymətləndirin


 
 

Zəngəzur dəhlizinin açılması Azərbaycanın regionda çəkisini artıracaq - Əli Əsədov
Tarix: 06-05-2023 | Saat: 11:38
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

Zəngəzur dəhlizinin açılması Azərbaycanın regionda çəkisini artıracaq - Əli Əsədov

 

Heydər Əliyevin 2002-ci ildə təməlini qoyduğu, Prezident İlham Əliyevin əvəzsiz xidmətləri sayəsində 2006-cı ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan neft kəməri Şərq-Qərb enerji-nəqliyyat dəhlizinin əsasını təşkil etdi.

 

Qarabaqinfo.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi" mövzusunda keçirilən konfransda deyib.

 

O bildirib ki, "Bakı-Tbilisi-Ceyhan neft kəməri daha da genişləndirilərək nəhəng “Şahdəniz” layihəsi üzrə qazın nəqli üçün Cənub Qafqaz Boru Kəməri, TANAP, TAP kimi transmilli arteriyaların yaranmasına gətirib çıxardı.

 

"Bu, təkcə Azərbaycan neftinin Avropa və dünya bazarlarına çıxışı deyil, Azərbaycanın özünün dünyanın siyasi səhnəsinə çıxışı idi.

 

Neft strategiyası Azərbaycanın davamlı inkişafını şərtləndirdi, respublikamız qlobal və regional miqyasda etibarlı tərəfdaş və söz sahibi olan qüdrətli ölkəyə çevrildi. İrimiqyaslı neft və qaz layihələri ilə yanaşı Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaradılması kimi möhtəşəm layihələr, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi ilə Azərbaycan dünyanın logistika və nəqliyyat mərkəzlərindən birinə çevrildi. Bu kontekstdə Zəngəzur dəhlizinin açılması ölkə iqtisadiyyatını inkişaf etdirməklə yanaşı, Azərbaycanın regionda çəkisini artıracaq"- baş nazir qeyd edib.



Xəbəri paylaş

1123 dəfə oxunub.

Digər xəbərlər