Saytımızı qiymətləndirin


 
 

Daha bir rayonda torpaq sürüşməsi - Yolda hərəkət çətinləşdi
Tarix: 05-05-2023 | Saat: 16:51
Bölmə:Karusel / Problem | çapa göndər

 

Daha bir rayonda torpaq sürüşməsi - Yolda hərəkət çətinləşdi

 

Yardımlı rayonunda torpaq sürüşməsi olub və nəticədə yolda hərəkət məhdudlaşıb.

 

Qarabaqinfo.az "Report"a istinadən xəbər verir ki, hadisə Masallı-Yardımlı avtomobil yolunun 52-ci km-də baş verib.

 

Yolun hərəkət zolağının 60 metrə yaxın hissəsi yararsız hala düşüb. Torpaq sürüşməsi zamanı ərazidəki istinad divarları ilə yanaşı piyada səkiləri də tamamilə dağılıb.

 

Dağıntı səbəbindən ərazidən keçən qaz xətti zədələnib. Lakin görülən təcili tədbirlər nəticəsində qaz xəttində yaranan qəza aradan qaldırılıb.

 

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Azər Xamiyev bildirib ki, məsələ ilə bağlı adiyyəti üzrə müvafiq dövlət qurumları məlumatlandırılıb.

 

Məlumata görə, torpaq sürüşməsinə son günlər rayon ərazisinə yağan intensiv yağıntılar səbəb olub. Qeyd edək ki, bu gün Siyəzən rayonunun Sədan kəndində də torpaq sürüşməsi baş verib.



Xəbəri paylaş

13 882 dəfə oxunub.

Digər xəbərlər