Saytımızı qiymətləndirin


 
 

“Putin dayanmayacaq, mən ona heç bir halda etibar etməzdim”- Bill KLİNTON
Tarix: 05-05-2023 | Saat: 16:33
Bölmə:Karusel / Dünya | çapa göndər

“Vladimir Putin 1994-cü ildə Ukraynanın nüvə silahından imtinası müqabilində onun təhlükəsizliyinə zəmanət verən beynəlxalq müqaviləni tanımaq istəmədi”.

Qarabaginfo.az xəbər verir ki, bunu Boris Yeltsinlə birlikdə Budapeşt Memorandumunun hazırlanmasında və imzalanmasında iştirak edən keçmiş ABŞ prezidenti Bill Klinton deyib.

Klintonun sözlərinə görə, o vaxtkı baş nazir Putin Davosda keçirilən Dünya İqtisadi Forumu sammitində görüşmüşdü: “Vladimir Putin Krımı ələ keçirməzdən üç il əvvəl mənə Boris Yeltsinlə bağladığım müqavilə ilə razılaşmadığını söylədi. Dedi, mən onu dəstəkləmirəm. Və o gündən mən bilirdim ki, Putinin Ukraynaya hücumu yalnız zaman məsələsidir”.

Nyu-Yorkda keçirilən tədbirdə Klinton Putinlə bağlı fikirlərini də bölüşüb: “Putin Qərb demokratiyasını sarsıtmaq və mümkün qədər Rusiya imperiyasını bərpa etmək üçün mübarizə aparır. Ona görə də dayanmaq fikrində deyil”.

Klinton bildirib ki, Avropada silahlı münaqişənin sona çatması üçün Ukrayna ya Rusiyanı məğlub etməli, ya da ən azı müharibə başlayandan bəri işğal etdiyi əraziləri azad etməlidir: “Ukraynalıların bizim dəstəyimizlə kifayət qədər təsir rıçaqları olmasa, mən heç bir halda danışıqlar masasında Putinə etibar etməzdim”.(Azpost.info)



Xəbəri paylaş

1125 dəfə oxunub.

Digər xəbərlər