Saytımızı qiymətləndirin


 
 

“Xaqocan” ləqəbli tiktoker həbs edildi - Rəsmi
Tarix: 04-05-2023 | Saat: 10:24
Bölmə:Karusel / Kriminal | çapa göndər

xaqocan-leqebli-tiktoker-hebs-edildi

TikTok sosial şəbəkəsində “Xaqocan” ləqəbi ilə tanınan Xəqani Hüseynov həbs edilib.

DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, Xəqani Hüseynov barəsindəki şikayət əsasında Nərimanov RPİ-nin 18-ci Polis Bölməsi tərəfindən saxlanılıb: “Paytaxt sakini Azər Əmirov Xəqani Hüseynovun onu söyərək təhqir etməsi ilə bağlı polisə müraciət edib. Müraciət araşdırılıb və Xəqani Hüseynov saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu, yəni xırda xuliqanlıq maddəsi əsasında protokol tərtib edilib.

Nərimanov Rayon Məhkəməsinin qərari ilə Xəqani Hüseynov barəsində 10 sutka inzibati həbs qərarı çıxarılıb”.

Qeyd edək ki, TikTok-da 883.3 min izləyicisi olan X. Hüseynov həmin platformada müxtəlif şəxslərə maddi yardım göstərməsini əks etdirən videolar paylaşmağı ilə tanınıb.


 



Xəbəri paylaş

187 dəfə oxunub.

Digər xəbərlər
19-03-2022, 20:16 Tayvanda zəlzələ olub
10-05-2021, 12:06 İran İraqa nota verib