Saytımızı qiymətləndirin


 
 

Davutoğlu ilə Özdağın qarşılaşması - VİDEO
Tarix: 28-04-2023 | Saat: 17:56
Bölmə:Karusel / Region | çapa göndər

Davutoğlu ilə Özdağın qarşılaşması - VİDEO

 

Türkiyədə "Millət İttifaqı"na daxil olan Gələcək Partiyasının sədri, sabiq baş nazir və XİN başçısı Ahmet Davutoğlu seçki kampaniyası çərçivəsində doğulduğu Konya vilayətində partiya avtobusu ilə təbliğat-təşviqata çıxıb.

 

Qarabaginfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin vaxt eyni ərazidə "ATA İttifaqı"na daxil olan ultra-sağçı Zəfər Partiyasının sədri Ümit Özdağ da olub və partiya sədrləri rastlaşıblar.

 

Özdağ Davutoğlunu avtobusdan düşərək yanına gəlməyə çağırıb. Davutoğlu isə ona əhəmiyyət verməyərək avtobusun içindən "əl edərək" yoluna davam edib. Görüntülər sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

 

Qeyd edək ki, əsas siyasi konsepsiyası suriyalı qaçqınların ölkədən çıxarılmasından ibarət olan Zəfər Partiyasının sədri qaçqınların ölkəyə gəlməsinə görə tez-tez Davutoğlunu ittiham edir. Sabiq baş nazir isə Özdağın siyasi xəttini tənqid edərək onu təxribatçı adlandırır. Liderlər və tərəfdarları tez-tez tviterdə və mediada söz atışmaları ilə gündəmə gəlirlər.(Modern.az)

 

 



Xəbəri paylaş

178 dəfə oxunub.

Digər xəbərlər