Saytımızı qiymətləndirin


 
 

TEKNOFEST sərgisi açıldı - FOTOLAR
Tarix: 27-04-2023 | Saat: 17:40
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər

 

TEKNOFEST sərgisi açıldı - FOTOLAR

Türkiyənin İstanbul şəhərində TEKNOFEST aviasiya, kosmos və texnologiya sərgisi öz işinə başlayıb.

 

Qarabaqinfo.az xəbər verir ki, 7-ci dəfə keçirilən sərgi mayın 1-dək davam edəcək.

 

İstanbulda güclü yağış yağmasına baxmayaraq, sərginin ilk günündə çoxlu sayda ziyarətçi iştirak edib. Atatürk hava limanında keçirilən sərgidə Türkiyə şirkətləri öz məhsullarını təqdim edir.

 

Sərgidə "Baykar" şirkətinin istehsal etdiyi "Bayraktar TB2", "Bayraktar TB3", "Akıncı" pilotsuz uçuş aparatları, "KızılElma" insansız qırıcısı, TUSAŞ şirkətinin istehsal etdiyi "Anka", "Aksungur" pilotsuz uçuş aparatları, helikopterlər və digər texnikalar nümayiş etdirilib.

 

Qeyd edək ki, TEKNOFEST çərçivəsində yüz minlərlə gəncin arzularını həyata keçirməsi üçün müxtəlif fənlər və kateqoriyalar üzrə texnologiya yarışmaları təşkil edilir.

 



Xəbəri paylaş

192 dəfə oxunub.

Digər xəbərlər