Saytımızı qiymətləndirin


 
 

Arestoviç: Azərbaycan rəhbərliyi parlaq oyun nümayiş etdirir
Tarix: 27-04-2023 | Saat: 00:26
Bölmə:Karusel / Siyasət | çapa göndər

Arestoviç: Azərbaycan rəhbərliyi parlaq oyun nümayiş etdirir

Bu gün Azərbaycan rəhbərliyi bir daha parlaq, səviyyəli, uzunmüddətli oyun nümayiş etdirir.

 

Qarabaginfo.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç Azərbaycanın Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsini təsis etməsi ilə bağlı “Facebook"da paylaşımında bildirib.

 

"Bir neçə gün əvvəl Azərbaycan Qarabağı Ermənistanla birləşdirən yeganə nəqliyyat arteriyası olan Laçın dəhlizini nəzarətə götürdü.

 

İki il yarım əvvəl atəşkəsdən sonra azərbaycanlıların çoxu mənəvi tənəzzülə uğrayanda: “...döyüşmədilər, yetərincə almadılar” deyəndə mən bildirdim:

- Bu, hələ başlanğıcdır. Hər şey sizin olacaq. Qarşınızda duran vəzifələri həll etmək üçün beş il lazım olacaq və bu beş il artıq planlaşdırılıb

 

Bu gün Azərbaycan rəhbərliyi bir daha parlaq səviyyəli uzunmüddətli oyun nümayiş etdirir.

 

Buna ancaq qibtə etmək olar”, - o qeyd edib.



Xəbəri paylaş

1112 dəfə oxunub.

Digər xəbərlər