Saytımızı qiymətləndirin


 
 

Ukrayna kəşfiyyatı: "Rusiya Mariupolda "parad" keçirməyə hazırlaşır"
Tarix: 04-05-2022 | Saat: 14:27
Bölmə:Karusel / Region | çapa göndər

mariopul - Twitter Search / Twitter

“Rusiya xarabalığa çevrilmiş Mariupolda mayın 9-da “parad” keçirməyə hazırlaşır”.

Qarabaginfo.az  “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

“Bunun üçün Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko şəhərə gəlib. Donetskdə bu il “bayram” keçirilməyəcək. Ona görə "təntənə"nin Mariupolda baş tutması planlaşdırılır. Buna görə də şəhərin mərkəzi küçələrini dağıntılardan, meyitlərdən və partlamamış sursatlardan təmizləyirlər. Genişmiqyaslı təbliğat davam edir”, - Baş Kəşfiyyat İdarəsindən bildirilib.

Həmçinin vurğulanıb ki, Kremlin təbliğatçısı, telejurnalist Vladimir Solovyov və Donetskin “rəhbəri” Denis Puşilin də Mariupola gəliblər.

Xatırladaq ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya ölkədə “xüsusi əməliyyatı” sentyabr ayına qədər davam etdirməyi planlaşdırır.(Report)



Xəbəri paylaş

1279 dəfə oxunub.

Digər xəbərlər