Saytımızı qiymətləndirin


 
 

Ukrayna və Polşa birgə silah istehsal edəcək
Tarix: 02-06-2022 | Saat: 06:47
Bölmə:Karusel / Region | çapa göndər

ABD ve dünyada yaşanan silahlı saldırılarda en çok kullanılan AR-15 tüfeği nedir? | Euronews

Ukrayna və Polşa hökumətləri hərbi texnika istehsalı üzrə birgə müəssisənin yaradılması haqqında memorandum imzalayıblar.

Qarabaginfo.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal Polşa ilə hökumətlərarası məsləhətləşmələrin yekunlarına dair brifinq zamanı bildirib.

"Bu, bizim müdafiə və hərbi əməkdaşlığımızı yeni səviyyəyə çıxaracaq və müasir müdafiə silahlarının yaradılmasına imkan verəcək”, - Şmıqal qeyd edib.

Ukrayna və Polşa, həmçinin sərhədyanı əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.

Razılığa əsasən tərəflər dövlət sərhədinin Ukrayna-Polşa hissəsində nəzarət-buraxılış məntəqələrinin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə əməkdaşlıq intensivləşdiriləcək. Bunun üçün Ukrayna-Polşa işçi qrupu yaradılıb və iyun ayında Korçova-Krakovets sərhəd-keçid məntəqəsində birgə nəzarət-buraxılış məntəqələrinin artırılmasına yönəlmiş pilot proqrama başlanılacaq.



Xəbəri paylaş

1202 dəfə oxunub.

Digər xəbərlər