Saytımızı qiymətləndirin


 
 

Prezident: Azərbaycan 27 Prezident: Azərbaycan 27 ildən çoxdur ki, Avropanın etibarlı xam neft tədarükçüsüdürçoxdur ki, Avropanın etibarlı xam neft tədarükçüsüdür
Tarix: 25-04-2023 | Saat: 15:19
Bölmə:Karusel / Siyasət / İqtisadiyyat | çapa göndər

Prezident: Azərbaycan 27 ildən çoxdur ki, Avropanın etibarlı xam neft tədarükçüsüdür

Azərbaycan 27 ildən çoxdur ki, Avropanın etibarlı xam neft tədarükçüsüdür.

Qarabaginfo.az xəbər verir ki, bunu bu gün Sofiyada Bolqarıstanın “Bulgartransgas”, Rumıniyanın “Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

“Mən Bolqarıstan Prezidenti cənab Radevin bu möhkəm tərəfdaşlar komandasının yaradılması təşəbbüsündəki xüsusi rolunu vurğulamaq istərdim. Əminəm ki, “Həmrəylik halqası” bizim birgə planlarımızın həyata keçirilməsində vacib rol oynayacaq. Mən həmçinin sizə bildirmək istərdim ki, təbii qaz Azərbaycanın Avropaya ixrac etdiyi yeganə enerji məhsulu deyil. Biz 27 ildən çoxdur ki, etibarlı xam neft tədarükçüsüyük, elektrik enerjisi də bizim ixracımızın bir hissəsidir”, - Prezident İlham Əliyev qeyd edib.



Xəbəri paylaş

182 dəfə oxunub.

Digər xəbərlər