Saytımızı qiymətləndirin


 
 

AŞ-nin komissarı erməni deputata cavab verib: "Missiyam ölkələrin sərhədlərinə nəzarət etməkdən ibarət deyil"
Tarix: 24-04-2023 | Saat: 20:51
Bölmə:Karusel / Siyasət / Region | çapa göndər

Dunya Miyatoviç: “Jurnalistlərin qurbanlarını qiymətləndirmək lazımdır”

"Mənim missiyam ölkələrin sərhədlərinə nəzarət etməkdən ibarət deyil".

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç qurumun yaz sessiyası zamanı Ermənistandan olan deputatın Qarabağa niyə getməməyi ilə bağlı ittihamına cavab olaraq deyib.

"Mənim missiyam ölkələrin sərhədlərinə nəzarət etməkdən ibarət deyil. Mənim işim insan hüquqları pozulduğu zamanı problemlərin həllini tapmaqdır. Mənim vəzifəm itkin düşənlərin, münaqişələr nəticəsində hüquqları pozulan yaşlıların, uşaqların problemləri ilə, minalanmış ərazilərlə bağlı məsələləri araşdırmaqdan ibarətdir".

Komissar Ermənistanı Avropa Şurası ilə əməkdaşlıq etməkdən imtina etməkdə suçlayıb:

"Mən müharibə olan bölgələrə gedə bildiyim halda Qarabağa gedə bilmirəm. Burada yalnız bir günahkar varsa, o da Avropa Şurasına üzv dövlətlərdir ki, əməkdaşlıq etməkdən imtina edirlər. Mənim vəzifəmi siyasətləşdirmək düzgün deyil".



Xəbəri paylaş

1111 dəfə oxunub.

Digər xəbərlər
13-03-2023, 15:50 Samir Salam saxlanıldı