Saytımızı qiymətləndirin


 
 

Rusiyalı politoloq: Azərbaycanın Laçın-Xankəndi yolunda NBM quraşdırması regionda yeni reallıqdır
Tarix: 24-04-2023 | Saat: 00:11
Bölmə:Karusel / Siyasət / Qarabağ | çapa göndər

Sergey Markov: Rusiya Ermənistanla münasibətlərin normallaşması üçün Azərbaycanın irəli sürdüyü beş əsas prinsipi dəstəkləyir - AZƏRTAC

Azərbaycanın Laçın-Xankəndi yolunda nəzarət burqxılış məntəqəsini quraşdırması Cənubi Qafqazda vəziyyətin köklü şəkildə dəyişməsi deməkdir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, tanınmış politoloq Sergey Markov bildirib.

"Aprelin 23-də Azərbaycan Ermənistanla Qarabağ arasında əlaqənin keçdiyi Laçın yolunda öz nəzarət-buraxılış məntəqəsini qurub. Azərbaycan bu nəzarət-buraxılış məntəqəsinin zəruri olduğunu rəsmən bəyan edir. Ona görə zəruridir ki, Qarabağa mina daşınmasın. Həmin ərazilərdə Ermənistan tərəfindən 2021-ci ildə istehsal olunn minaların basdırılmasına dair çoxlu nümunələr var.

Nəzarət-buraxılış məntəqəsi ona görə zəruridir ki, Qarabağda erməni hərbi qarnizonunun rotasiyası olmasın. Ona görə zəruridir ki, Qarabağdan təbii sərvətlərin daşınması olmasın və nəhayət bu, Qarabağa silah daşınmasının qarşısı almaq üçün zəruridir", deyə rusiyalı politoloq vurğulayıb.

Markovun sözlərinə görə, Ermənistanda hər kəs Azərbaycanın bu nəzarət-buraxılış məntəqələrini Rusiya ilə razılaşaraq qurduğundan əmindir: "Çünki Rusiya Paşinyanı satqın kimi qəbul edir. Ermənistan dostları ABŞ və Fransanı Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırır. ABŞ, Fransa və Aİ artıq Ermənistanı dəstəkləyib. Bu dəstək sözdədir".

Siyasi ekspert hesab edir ki, Cənubi Qafqazda vəziyyət getdikcə aydınlaşır.
"Ermənistan Rusiyaya xəyanət edib Fransa və ABŞ-a tərəf gedir. Rusiya getdikcə Azərbaycanı daha çox öz müttəfiqi hesab edir. Bu, Cənubi Qafqazda yeni reallıqdır. Biz isə, bu barədə çoxdan xəbərdarlıq etmişdik", deyə Markov əlavə edib.



Xəbəri paylaş

198 dəfə oxunub.

Digər xəbərlər