Saytımızı qiymətləndirin


 
 

Ölən nənəsinin pensiyasını almaq üçün saxtakarlığa ƏL ATDI
Tarix: 20-04-2023 | Saat: 17:45
Bölmə:Karusel / Kriminal | çapa göndər

Ölən nənəsinin pensiyasını almaq üçün saxtakarlığa ƏL ATDI

 

Lənkəran şəhər sakini 1932-ci il təvəllüdlü Rəvayət Miriyevanın dəfn olunma tarixinə dair saxta arayışın verilməsi barədə müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

 

Bu barədə Qarabaginfo.az-a Lənkəran Rayon Prokurorluğundan məlumat verilib.

 

İlkin araşdırma zamanı Lənkəran şəhər sakini Niyaz Miriyevin 2021-ci ildə vəfat etmiş nənəsi Rəvayət Miriyevanın 6674 manat məbləğində təqaüdünü özündə saxladığı bank kartı vasitəsilə çıxarmasına, bu əməlini gizlətmək üçün mərhumun dəfn olunma tarixi barədə Lənkaran bələdiyyəsi tərəfindən verilən saxta arayışdan istifadə edərək ölüm haqqında şəhadətnamə almasına əsaslı şübhələr müəyyən edilib.

 

Fakta görə Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 313 (vəzifə saxtakarlığı) və 320.2-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

 

Hazırda ibtidai istintaq davam etdirilir.



Xəbəri paylaş

1190 dəfə oxunub.

Digər xəbərlər