Saytımızı qiymətləndirin


 
 

Sakit Okean Donanmasının erməni əsilli admiral komandanı istefa verdi
Tarix: 20-04-2023 | Saat: 14:23
Bölmə:Karusel / Dünya | çapa göndər

Sakit Okean Donanmasının erməni əsilli admiral komandanı istefa verdi

 

Rusiya ordusunun erməni əsilli admiralı Sergey Avakyants ötən həftə donanmanın döyüş hazırlığının qəfil yoxlanılmasından sonra Sakit Okean Donanmasının komandanı vəzifəsindən istefa verib.

 

Qarabaginfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, baş nazirin müavini Yuri Trutnev bildirib ki, Avakyants yeni vəzifəyə - hərbi idman təlim mərkəzlərinin kuratoru postuna təyin edilib.

 

"Hazırlıq dövrü başa çatmaq üzrədir, bu müddət ərzində biz regional mərkəzlərin fəaliyyətini metodiki təmin edəcək və onların işini əlaqələndirəcək mərkəzləşdirilmiş struktur yaratmışıq. Bu mərkəzi struktur, əslində qarşıya qoyulmuş tapşırıqların icrası üçün qərargahdır. Admiral Avakyants rəhbərlik edəcək”, - Trutnev deyib.

 

Mərkəzlər üçün ilkin olaraq 12 region seçilib: Buryatiya, Rusiyanın işğal etdiyi Ukrayna ərazisində qurulmuş qondarma "Donetsk Xalq Respublikası", Kalmıkiya, Tatarıstan, Çeçenistan Respublikası, Xabarovsk diyarı, Belqorod, Kemerovo, Pskov, Sverdlovsk, Tümen vilayətləri və Yamalo-Nenets Muxtar Dairəsi. Hər mərkəzdə 300 nəfərlik qrup təlimə başlayacaq. Mərkəzlərin may ayında açılması planlaşdırılır.

 

Qeyd edək ki, Avakyants 2012-ci ilin mayından Sakit Okean Donanmasına rəhbərlik edir.(Modern.az)



Xəbəri paylaş

177 dəfə oxunub.

Digər xəbərlər